BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə parkda ata və 4 yaşlı qızına xəsarət yetirən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vüqar Cabbarovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, hadisə 01 may 2024-cü il tarixdə, saat 17 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən istirahət parkında birində qeydə alınıb.


Belə ki, Vüqar Cabbarov istirahət parkında ucadan mobil telefonla danışaraq nalayiq ifadələr işlədib. Bunu həmin parkda 4 yaşlı qızını gəzdirən, zərərçəkmiş Rüstəm Balayev (soyadı şərtidir) eşidib və ona irad bildirib. Sonra təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya, yumruq və təpiyi ilə zərərçəkmişin göz almasına zərbə endirərək ona xəsarət yetirib. Daha sonra Vüqar parkda valideyninin xəsarət almasına görə onu arxadan səsləyən 4 yaşlı zərərçəkmiş N.C.-nı (adı, soyadı şərtidir) da əli ilə vuraraq sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirib.

Hadisədən sonra Vüqar Cabbarov saxlanılaraq istintaqa cəlb edilib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 9 ay 16 gün müddətə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 

Tarix: 14 Avqust 2025, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin