BURADA REKLAMINIZ OLA
BİLƏR

Tovuzda deputatlar atəşə tutuldu

Ermənistan Silahlı Qüvvələri dinc vətəndaşları hədəf almaqda davam edir.

 

Pravda.az xəbər verir ki, erməni silahlı bölmələri növbəti dəfə Tovuzun Dondar Quşçu kəndini atəşə tutub. Atəşin təsirini kənd sakinləri ilə bərabər orada olan media nümayəndələri və bölgədə olan Millət vəkilləri Arzu Nağıyev, Qənirə Paşayeva, onların köməkçiləri də hiss ediblər.

 

Məlumata görə, Qənirə Paşayevə erməni silahlı qüvvələrinin atəşlərinin təsirindən bir anlıq müvazinətini itirərək yıxılıb və qolunu zədələyib.

 

Ərazidə olan vətəndaşlardan, jurnalistlərdən və deputatlardan heç kimin ciddi xəsarət almadığı bildirilir.Trend

Tarix: 15 İyul 2020, 17:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin