BURADA REKLAMINIZ OLA
BİLƏR

İlk köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, açarlar təqdim olunub - FOTOLAR

Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Ağdərə rayonunun Kolatağ kəndlərinə ilk köç karvanı yola salınıb.

 

Pravda.az xəbər verir ki, köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

 

İlk mərhələdə Ağdərə rayonunun Kolatağ kəndinə 26 ailə - 89 nəfər köçürülüb.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Kolatağ kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Fotoları təqdim edirik
Tarix: 15 Avqust 2025, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin