BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransa Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmalarla bağlı bəyanat yaydı

Fransa iyulun 12-dən etibarən Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmaları qınayır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin açıqlamasında bildirilib.

 

Fransa tərəfləri atəşkəs rejiminə əməl etməyə və danışıqları bərpa etməyə çağırıb.

 

Qeyd olunub ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq rusiyalı və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq hüquq çərçivəsində həllinə sadiqliyini təsdiqləyir.APA

Tarix: 15 İyul 2020, 19:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin