BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini döyən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Qusar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Qoşqar Nəbiyevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 9 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib və məhkəmə zalından azadlığa buraxılıb.


İttihama görə, hadisə ötən il Qusar rayonunun Mucuq kəndində qeydə alınıb.


Belə ki, həmin kənd sakini Qoşqar Nəbiyev yaşadığı evin qarşısındakı küçədə həmkəndlisi, zərərçəkmiş Mahir Mamedovla (adı, soyadı şərtidir) mübahisə edib. Bu zaman o, yumruqla həmkəndlisi sifətinə vuraraq ona yüngül zərər yetirib.


Hadisədən sonra Qoşqar Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 18 Avqust 2025, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin