BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi ona aqressiv formada cavab qaytaran arvadının burnunu sındırdı - MƏHKƏMƏ

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İslam Qurbanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə 17 iyul 2025-ci il tarixdə, təxminən saat 17 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.


Belə ki, İslam Qurbanov yaşadıqları evin mətbəx otağında rəsmi nikahda olan həyat yoldaşı, zərərçəkmiş Ülkər Qurbanovanın (adı, soyadı şərtidir) ona aqressiv formada cavab qaytarması səbəbi ilə mübahisə edib. Bu zaman o, qəsdən yumruqla bir dəfə qadının burun nahiyəsindən vurub. Nəticədə Ülkərin burnu sınıb.


Hadisədən sonra İslam Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmə iclasında zərərçəkmiş Ülkər Qurbanova hazırda təqsirləndirilən şəxslə barışdığını, ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib.

 

Kamal Məmmədov 

Tarix: 18 Avqust 2025, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin