BURADA REKLAMINIZ OLA
BİLƏR

"İnstagram”da problem yarandı

Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.


Pravda.az-ın xəbərinə görə, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidmətinin səhifəsində bildirilib.

Sosial şəbəkənin işindəki nasazlıqlardan ən çox ABŞ, Avropanın, həmçinin Latın Amerikasının bəzi ölkələrinin sosial şəbəkə istifadəçiləri şikayət edirlər. Rusiyada da sosial şəbəkə istifadəçiləri nasazlıqların olduğunu bildiriblər.

Xidmətin məlumatına görə, istifadəçilərin bir qismi (təxminən 57 faiz) xəbər xəttinə daxil olmaqda problemlərlə üzləşiblər. İstifadəçilərin bəziləri isə (20%) öz hesablarına daxil ola bilməyiblər.Report

Tarix: 12 Dekabr 2019, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin