BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycan dövləti bəzi mühacirlərin həbsini tezləşdirmirsə, o demək deyil ki, proses belə də davam edəcək...”

“Bir müddət əvvəl Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində istintaqa çağırılan xaricdə yaşayan mühacirlərin Azərbaycana gətirilməsi müəyyən qanunvericillik daxilində baş tutmalıdır. Həmin şəxslər barəsində mərhələli şəkildə qiyabi həbs qərarları verilib. Mühacirlər Azərbaycana qarşı düşmən mövqelərində dayanmağa davam edirlər, lakin bilsinlər ki, Azərbaycana qarşı xaricdən aparılan qarayaxma kampaniyaları mənasızdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, Azərbaycan güclü dövlətdir, ölkədə sabitlik mövcuddur, xalqla hakimiyyət arasında birlik var: “Azərbaycanın güclü iqtisadiyyatı, ordusu, beynəlxalq tərəfdaşları və möhkəm dayaqları mövcuddur. Əgər bu gün Azərbaycan dövləti bu şəxslərin həbsini tezləşdirmirsə, o demək deyil ki, proses belə də davam edəcək. Onlar azadlıqda olduqları müddətdə dövlətimizə qarşı cinayətlərini artıraraq, öz işlərini ağırlaşdırırlar. Tezliklə digərləri kimi qaçıb orda-burda gizlənənlər də həbs olunacaqlar. Azərbaycan hüquqi və demokratik inkişaf yolunu seçmiş bir dövlətdir. Hər bir hüquqi dövlətdə əsas prinsip qanunun aliliyidir və qanun qarşısında hər kəs bərabərdir. Əgər kimsə cinayət törədibsə, o cəzalandırılmalıdır, bu, birmənalıdır. Azərbaycanda heç kim siyasi baxışına, fikirlərinə görə həbs olunmur, heç kəs mövqeyinə görə təzyiqə məruz qalmır. Yalnız konkret cinayət tərkibli əməllərə görə həbslərin olması normaldır”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Avqust 2025, 08:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin