BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə qonşusunu maşın saxlamaq üstündə döyən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zakir Əşrəfovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, dövlət ittihamçısının kassasiya protesti təmin edilməyib.


İttihama görə, hadisə 5 iyun 2022-ci il tarixdə, saat 22:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.


Belə ki, Zakir Əşrəfov qonşusu, zərərçəkmiş Pənah Məmmədovla (adı, soyadı şərtdir) onun idarə etdiyi avtomobilini evinin həyətinin giriş hissəsində saxlaması səbəbindən mübahisə edib. Bu zaman o, yumruq zərbəsi ilə qəsdən zərərçəkmiş şəxsin ağız nahiyəsindən vuraraq onun sağlamlığa yüngül zərər yetirib.


Hadisədən sonra Zakir Əşrəfov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Nəsimi Rayon Məhkəməsi cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəzanın təyin olunmaması hökmünü çıxarıb. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. 

Kamal Məmmədov 

Tarix: 19 Avqust 2025, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin