BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə yeyib-içdikdən sonra qonşusunu bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qara Bəkirzadənin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 08 dekabr 2024-cü ildə Zaqatala rayonu ərazisində qeydə alınıb.


Belə ki, Qara Bəkirzadə qonşusu və həmkəndlisi, zərərçəkmiş Vahid Əşrəfovla (adı, soyadı şərtidir) birlikdə spirtli içki qəbul edib. O, sonra zərərçəkmişlə mübahisə edib. Nəticədə Qara qonşusuna ir neçə bıçaq zərbəsi endirərək ona bədən xəsarətləri yetirib.


Hadisədən sonra Qara Bəkirzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 19 Avqust 2025, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin