BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 176 min manatlıq dələduzluq edən şəxs qərardan narazıdır

Bakıda dələduzluqda təqsirləndirilən Anar Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi xəbərə, şikayət Ali Məhkəmənin İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.


İttihama görə, Anar Məmmədov 20 vətəndaşa qarşı dələduzluq edib. O, həmin şəxslərə özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edərək müxtəlif yollarla onların ümumilikdə 176 105 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Anar Məmmədovun cəzası 6 il 3 aya endirilib.
 

Kamal Məmmədov 

Tarix: 19 Avqust 2025, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin