BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşaqlarımızı qış aylarında yoluxucu xəstəliklərdən necə qoruyaq?

Soyuq havaların başlaması ilə uşaqlar arasında qrip, bronxit, sinüzit, orta qulaq iltihabı və bağırsaq infeksiyaları kimi yoluxucu xəstəliklər artır. Mütəxəssislər valideynlərə uşaqları qorumaq üçün bir sıra tədbirlər görməyi tövsiyə edir.


Pravda.az bildirir ki, ən vacib addımlar arasında sağlam və balanslı qidalanma, lazımi peyvəndlərin vaxtında edilməsi, bol su içmə vərdişi qazandırmaq və əl gigiyenasına diqqət yer alır.


Bundan başqa, uşaqların gündə 8-10 saat yatması, xəstəliklərin yayıldığı dövrdə yaxın təmasdan uzaq tutulması və qapalı, havasız məkanlardan qorunması da mühüm hesab olunur.


Mütəxəssislər bildirir ki, vaxtında görülən bu tədbirlər uşaqların immunitetini gücləndirir və xəstəliklərdən qorunmalarına kömək edir.


Əminə Bayramova

Tarix: 19 Avqust 2025, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin