“Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında ABŞ-də keçirilən zirvə görüşü əslində paralel zirvə idi. Çünki orada həm də Avropa İttifaqı ilə ABŞ-nin zirvə görüşü baş tutdu. Bu formatda diplomatik masanın qurulması çox da yayılmış təcrübə deyil. Bəlkə də, diplomatiya tarixində ilk belə təcrübədir. Bu qədər geniş və ciddi formatda görüş təşkil olunmasına baxmayaraq, görünür, görüş hazırlıqlar tam başa çatmamış keçirildi. Çünki heç kimin əlində yazılı mətn və konkret təkliflər yox idi. Buna görə də nəticədə hansısa qərarın çıxması da mümkün deyildi. Tərəflər öz mövqelərini bildirdilər və ümumi qənaətə gəlməyə çalışdılar. Haqlı olaraq Putin də telefon vasitəsilə görüşdə iştirak etmiş oldu, çünki zirvənin bir mərhələsində telefon danışığı baş tutdu. Düşünürəm, iki xətt aydın göründü. Birinci görüşdə, yəni Zelenski-Tramp görüşündə Zelenski təkcə öz mövqeyindən yox, həm də Avropa İttifaqının mövqeyindən çıxış edirdi. Tramp da təkcə öz mövqeyindən yox, həm də Rusiyanın tezislərindən çıxış edirdi. Görüşdə bu qədər aydın cizgilər, kontraslar var idi. Bu isə arxa fonda daha çox Putini güclü göstərirdi, ancaq detallara endikdə görəcəyik ki, tamamilə məsələ fərqlidir. Yəni Rusiya-Ukrayna müharibəsinin tək qalibi var – ABŞ”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, ABŞ Avropanı İkinci Dünya müharibəsindən sonra olduğu kimi yenidən uzun müddət nəzarətinə götürməyi bacarıb: “ABŞ İkinci Dünya müharibəsində də belə etmişdi. 1943-cü ilə - müharibənin taleyi həll olunana qədər gözləmişdi, yalnız bundan sonra ikinci cəbhənin açılmasında iştirak edərək, yenə də SSRİ-ni dəstəkləyərək Almaniyanın bölünməsində iştirak etmişdi və ən çox qazanan olmuşdu. ABŞ bu gün də eyni mövqedən çıxış etdi. Ukrayna torpaqlarının itirilməsi və Putinin eynilə SSRİ kimi Rusiya Federasiyasında qalib vəziyyətdə, Rusiyanın mövqeyindən çıxış edərək yenidən ən böyük payı götürdü. Görünür, bu, ABŞ-nin dövlət siyasətidir. Buna görə də həm Rusiyanı, həm Ukraynanı, həm də Avropanı ram etmək baxımından müharibənin tək qalibi Amerika Birləşmiş Ştatlarıdır. İtkilərə gəldikdə isə müharibənin ən çox itirəni Rusiyadır. Ukrayna ən pis halda öz torpaqlarının 20%-ni itirməsi ilə barışmalı olacaq. Rusiya isə o qədər çox şey itirdi ki, bunun uzunmüddətli fəsadları Rusiyanın mövcudluğunu təhdid edəcək qədər qorxuludur. Rusiya Şərqi Avropada və Skandinaviyada olan mövqelərini tamamilə itirdi, Ukrayna xalqının və dövlətinin timsalında əbədi düşmən qazandı, Avropa İttifaqı ilə münasibətlərini bundan sonra uzun müddət bərpa edə bilməyəcək... Və görünür, özünəməxsus tərzdə Amerikaya müəyyən məsələləri güzəştə getməyə məcbur olacaq. Beləliklə, Rusiya Ukraynanın cəmi 20% torpağını əldə etməklə beynəlxalq münasibətlər sistemində hərbi strateji baxımdan çox böyük mövqelərini itirmiş oldu. Skandinaviyadan Balkanlara doğru, Balkanlardan Avropa ölkələrinə, oradan Şərqi Avropa və Qafqazlara qədər, eyni zamanda Qara dəniz hövzəsində Gürcüstan və Moldova da daxil olmaqla ətrafında özünə qarşı çox böyük və təhülkəli əks cəbhə yaratmış oldu. Bu qədər strateji itkilərdən sonra rusların onları geri qazanması hətta mümkün görünmür. Sülh məsələsinə gəlincə, indi əldə olunmuş razılaşmalar varsa, onun kağız üzərinə köçürülməsinin müzakirəsi də lazımdır. Diplomatiya, diplomatik protokol bunu tələb edir. Belə çıxdı ki, görüşdən sonra Emmanuel Makron da, Mark Rutte və Olaf Şolts da öz fikrində qalıb. Orta mövqe tutan isə İtaliya və Finlandiya oldu. Məncə, onların da milli güclərinin imkanları nə qədərdirsə, elə ona uyğun mövqe tutmuş oldular. Belə bir görüşün keçirilməsi lazım idimi? Əlbəttə, lazım idi. Bundan sonrakı addımlar görüşün nəticələri haqqında müəyyən proqnozlar verməyə imkan yaradacaq. O vaxta qədər Rusiyanın mövqeyi aydınlaşıb, durulub, ortaya çıxmalıdır və kağız üzərinə köçürülməlidir. Yalnız bundan sonra sülhün olub-olmayacağı haqqında müəyyən fikir səsləndirmək olar”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin