BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının iki rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bakının iki rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bu barədə Pravda.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.


Bildirilib ki, Suraxanı və Nərimanov rayonlarındakı qaz xətləri üzərində görüləcək təmir işləri ilə əlaqədar 20.08.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.


Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin Ü.Hacıbəyov, Meydan, H.Axundov, M.P.Vaqif və A.Caparidze küçələrinin, Nərimanov rayonu üzrə isə Mayak, A.Heydərov, A.Çernyayevski, P.İ.Çaykovski, İ.Hidayətzadə, M.Nağıyev küçələrinin və H.Əliyev prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 19 Avqust 2025, 23:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin