BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ultratek” şirkətinin problemli kreditlər üzrə mütəxəssisinə hökm oxundu

Xətai Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Yadigar Bayramlının (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1 il 4 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttihama görə, Yadigar Bayramlı 2021-2024-cü illərdə “Ultratek” MMC-nin mağazasında kredit üzrə mütəxəssis və problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işləyib. O, həmin MMC-yə məxsus mağazalarından nisyə alqı-satqı müqaviləsi əsasında elektronika və məişət texnikaları almış müştərilərə şirkətin bank hesabı əvəzinə, özünə məxsus bank kartları hesablarını təqdim edib. Müştərilər də ödənişləri Yadigarın bank kartları hesablarına ödəyib. Beləliklə o, “Ultratek” MMC-nin ümumilikdə 34 402 manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talayıb.


İstintaq dövründə Yadigar Bayramlının barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.


Kamal Məmmədov 

Tarix: 20 Avqust 2025, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin