BURADA REKLAMINIZ OLA
BİLƏR

Əziz Orucov kassasiya şikayəti verdi

"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun barəsindəki qərardan verilən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.


Xatırlatma: Səbail Rayon Məhkəməsinin hökmünə əsəsən, Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


Qeyd: Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.


Bir qədər əvvəl 206.3.2-ci maddəsi üzrə cinayət işinə xitam verilib.
 

Kamal Məmmədov 

Tarix: 20 Avqust 2025, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin