BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə qadına qarşı basqın edən şəxslə bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Nahid Məmmədovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 22 may 2024-cü il tarixdə, saat 20 radələrində Şəmkir rayonu, Tatarlı kəndi ərazisində qeydə alınıb.


Belə ki, Nahid Məmmədov narkotik vasitə qəbul edərək tanışı, Göygöl rayon sakini, zərərçəkmiş Mahir Bəşirovanı (adı, soyadı şərtidir) əl və ayaq zərbələri ilə vurub, onun sağlamlığa zərər vurmayan xəsarətlər yetirib. Sonra o, zərərçəkmiş şəxsə məxsus 250 manat dəyərində “Honor” markalı mobil telefonu götürərək soyğunçuluq edib.


Hadisədən sonra Nahid Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Şəmkir Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Tarix: 20 Avqust 2025, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin