BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını döyərək məhkəməlik olan şəxslə bağlı hökm çıxarıldı

Quba Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İntiqam Səfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar Xəlilovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


İttihama görə, hadisə 27 iyul 2025-ci il tarixdə, saat 15:00 radələrində Quba rayonu ərazisində qeydə alınıb.


Belə ki, İntiqam Səfərov yaşadıqları evdə həyat yoldaşı, zərərçəkmiş Mələk Səfərova (adı, soyadı şərtidir) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, qadının qəsdən üz nahiyəsindən yumruq ilə vuraraq ona yüngül zərər yetirib.


Hadisədən sonra İntiqam Səfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmədə zərərçəkmiş Mələk Səfərova təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
 

Kamal Məmmədov 

Tarix: 20 Avqust 2025, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin