BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Prezident İlham Əliyevə olan rəğbət və inam Azərbaycanın mövqeyini daha da gücləndirir”

“Prezident Tramp avqust ayının 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edərək tarixi sülh sazişinin imzalanmasına vasitəçilik etdi. Bu görüş həqiqətən Prezident İlham Əliyevin beynəlxalq diplomatik mövqeyini bir daha təsdiqlədi. Tramp bu sülh mərasimini Rusiya üzərində diplomatik üstünlük qazanma kimi qiymətləndirdi. Ağ Evdəki bu mərasim Azərbaycanın regional və qlobal səviyyədə nüfuzunun artmasını nümayiş etdirdi. Həqiqətən də, son illər Avropada ənənəvi lider ölkələrin siyasi sabitlik problemləri yaşadığı, hökumətlərin tez-tez dəyişdiyi bir dövrdən keçirik. Bu baxımdan, regional və qlobal məsələlərdə güclü mövqe nümayiş etdirən liderlər daha çox diqqət çəkir. Prezident İlham Əliyevin beynəlxalq görüşlərdəki təmtəraqlı və əminliklə aparılan diplomatik fəaliyyəti sözün əsl mənasında öz təsirini göstərir. Bu, Azərbaycanın Şərq-Qərb arasında balanslaşdırılmış xarici siyasətinin və müstəqil mövqeyinin nəticəsidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti haqda xoş sözlər söylənməsi və bədən dili ilə səmimi münasibətin nümayişi çox mətləblərdən xəbər verir: “Cənab İlham Əliyevin ABŞ-də keçirilmiş sonuncu seçkilərdən öncə Trampın qələbə qazanması ilə dünyada sülhün bərqərar olacağı proqnozu özünü doğrultdu və bu ona olan rəğbəti dahada artırdı. Prezident Tramp da bu barədə təşəkkürünü bildirdi. Avropa liderlərinin yalnış seçimi və prosesləri düzgün qiymətləndirməməsi nəticəsində Ukrayna-Rusiya müharibəsinin baş tutması bağışlanmaz səhvdir. Əgər Cənab Tramp həmin dövrdə prezident olsaydı, bu müharibə baş tutmazdı. Eyni zamanda özünü Avropa lideri kimi qəbul etdirməyə çalışan Emmanuel Makronun açıq şəkildə tərəf tutaraq Ermənistanı dəstəkləməsi sülh prosesinə ciddi zərbə vurdu və ləngiməyə gətirib çıxartdı. Bunun əksinə Tramp Cənubi Qafqazda sülh prosesini dəstəklədi və tərəflər sülhə daha da yaxınlaşdılar. Prezident İlham Əliyevə olan rəğbət və inam Azərbaycanın mövqeyini daha da gücləndirir. Avropada lider böhranı sonuncu Ağ Ev görüşündə özünü bir daha göstərdi. Ev tapşırığını daha yaxşı yerinə yetirmiş şagird mənzərəsi uzun illər xatırlanacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 20 Avqust 2025, 12:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin