BURADA REKLAMINIZ OLA
BİLƏR

İsti havalarda bunları etməyin

Yay aylarında temperatur və rütubətin artması ilə bədən istiliyi yüksəlir, bədən daha çox su və mineral itirir.

 

Pravda.az bildirir ki, bu vəziyyətdə yanlış qidalanma sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər isti havalarda bəzi qidalardan uzaq durmağı tövsiyə edir.

 

Yağlı yeməklər:

Həddindən artıq yağlı qidalar həzm sistemini yorduğu üçün yayda yuxululuq, baş ağrısı və təzyiq problemləri yarada bilər.

 

Duzlu və şəkərli məhsullar:

Bu məhsullar bədəndəki su ehtiyacını artırır və qan şəkərində ani dalğalanmalara səbəb ola bilər.

 

Un məmulatları:

Çörək, xəmir yeməkləri kimi məhsullar həm artıq çəkiyə, həm də həzm problemlərinə yol aça bilər.

 

Acı və ədviyyatlı yeməklər:

İstidə bədən istiliyini daha da artırır və su itkisini sürətləndirir.

 

Tez xarab olan məhsullar:

Toyuq, ət və yumurta kimi məhsullar isti havalarda tez xarab olur. Bu qidalar istehlak olunarkən saxlanma və gigiyena qaydalarına ciddi əməl edilməlidir.

 

Kofeinli və qazlı içkilər:

Bu içkilər bədəni susuz buraxa bilər. Onların əvəzinə su və təbii mineral sular içmək məsləhətdir.

 

Yay aylarında sağlam qalmaq üçün bol su için, yüngül və balanslı qidalanın.

 

Əminə Bayramova 

Tarix: 20 Avqust 2025, 13:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin