BURADA REKLAMINIZ OLA
BİLƏR

Sağlam həyat üçün gündə neçə saat yatmaq lazımdır?

Sağlam həyat üçün həm yuxunun müddəti, həm də keyfiyyəti vacibdir.


Pravda.az bildirir ki, araşdırmalara görə, yaşa uyğun olaraq ideal yuxu saatları dəyişir. Yeni doğulmuş körpələr üçün 14-17 saat, məktəbəqədər uşaqlar üçün 10-13 saat, gənclər üçün 8-10 saat, böyüklər üçün isə 7-9 saatlıq yuxu tövsiyə olunur.


Uzun müddət yuxusuz qalmaq immunitetin zəifləməsinə, diqqət dağınıqlığına və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.


Mütəxəssislər keyfiyyətli yuxu üçün gündəlik yuxu rejimi qurmağı, otağı sakit və qaranlıq saxlamağı, kafein qəbulunu azaltmağı və yatmazdan əvvəl elektron cihazlardan uzaq durmağı məsləhət görürlər.


Əminə Bayramova 

Tarix: 20 Avqust 2025, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin