BURADA REKLAMINIZ OLA
BİLƏR

Gülüstan Əliyeva: “Füzuli çox yaxşı deyib, ilan-qurbağa yeyən ərəblər “Quran”ı gətirməklə özlərini bu dünyada xilas etdilər”

“Azərbaycana gəlib, Azərbaycanın çörəyini yeyib, şəhidlərimizə qarşı nalayiq hərəkətlər etmək yolverilməzdir. Ümumiyyətlə, vəhşilik ərəblərin xislətindədir. Məhəmməd Füzuli çox yaxşı deyib, ilan-qurbağa yeyən ərəblər “Quran”ı gətirməklə özlərini bu dünyada xilas etdilər. Özlərini bir xalq kimi tanıtdılar, amma daxillərindəki vəhşilik, murdarçılıq xislətlərindədir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar artist Gülüstan Əliyeva deyib.

 

“Əlbəttə ki, ərəblər arasında da yüksək səviyyəli, savadlı, dünyagörüşlü, məşhur şəxslər var. Təəssüf ki, belə tərbiyəsizlər də çoxluq təşkil edir. Şəhidlərimizin məzarını təhqir edən ərəb turistlər heç dərk etməyiblər ki, haradadırlar və nə hərəkət edirlər. Yəqin, elə düşmənlərimizin xislətində olan adamlardırlar ki, bu hərəkəti etdilər. Qınayıram. Ölkəmizə milyonlarla insan gəlir. Dünyaya inteqrasiya edirik. Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilib. Prezidentimizin, şəhidlərimizin sayəsində! Biz bu ölkəni layiqincə dünyaya tanıtmalıyıq. Bunun bir yolu da turizmdir. Turistlərin hamısını idarə etmək mümkün deyil. Heç kimin daxilini yoxlamaq üçün detektor yoxdur ki, sərhəd xidmətindən keçəndə yoxlayıb buraxsınlar. Hamısı insan cildində varlıqlardırlar, ölkəmizə daxil olurlar. Azərbaycan tolerant ölkədir, amma belələrinin cavabını da verməyə qadirdir. Haqlı olaraq ərəb turistləri həbs etdilər. Belələrinə qarşı amansız olmaq lazımdır. Milliyyətin heç bir fərqi yoxdur. Kim olur, olsun, bu hərəkəti azərbaycanlı etsə belə, əfvi yoxdur. Şəhidlər Xiyabanında yatanlar bizim azadlığımızın, bu günümüzün, xoşbəxtliyimizin qurbanlarıdırlar. Şəhidlər bizim şərəf, qürur mənbəyimizdir. Hər kəs, hələ-hələ xarici vətəndaşlar tərəfindən bu hərəkətin edilməsi yolverilməzdir. Günahı özümüzdə görənlər var. Mən belə düşünmürəm. Bizim hələ Türkiyə, Dubay, yaxud Avropa ölkələri qədər turist qəbul etməyimizə çox var. İndi hələ dünyaya açılmışıq. Təbii ki, belə hallar bütün dünyada baş verir. Çoxumuzun dünyadan xəbərimiz yoxdur, amma xəbəri olanlar bilirlər ki, bütün dünyada bu cür insidentlər, belə açlaq, şərəfsizlər var. Alçağın, şərəfsizin dini, vətəni, milləti yoxdur. Dünyaya yeni açılan ölkə olaraq belə şeylər bizə qəribə görünür. Belə də görünməlidir, çünki yolverilməz haldır və gözləniləndir. Bu kimi halların qarşısını almaq üçün tədbirlər görməliyik. Azərbaycanın bu gün çox güclü asayiş qoruyucuları var. Onlar ayıq-sayıqdırlar, sərhəddə də, ölkə daxilində də! Bunu hər zaman aydın görürük. Gecənin istənilən vaxtı şəhərin istənilən yerində ola bilirik. Qorxusuz, xətasız, bəlasız. Tək qadın olaraq gecə rahat gedib-gəlirik. Bütün bunlar ölkəmizin asayişinin, Bakının əmin-amanlığının nə qədər güclü olduğundan xəbər verir. Amma bu ünsürlər var və ayaqları Azərbaycandan kəsilməlidir. Düşünürəm, bundan sonra ölkəyə tursit qəbulu zamanı belə hallar daha çox diqqətə alınacaq. Şəhidlər Xiyabanında şəhidlərimizi təhqir edən ərəb turistlərin qarşısı necə layiqincə alındısa, bundan sonra da belələrinin qarşısı alınacaq”, - o bildirib.

 

Xatırlatma: G.Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub.

 

Aytəkin Qardaşova

Tarix: 20 Avqust 2025, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin