BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə məktəbliyə qarşı əxlaqsızlıq edən yeniyetmə ilə bağlı qərar çıxardı

Sumqayıt Apellyasiya Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Uğur Qədirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, Uğur Qədirov 24 iyun 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixə kimi olan müddət ərzində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evdə yaşadığı vaxtda mütəmadi olaraq ayrı-ayrı günlərdə razılığı ilə zərərçəkmiş, 2009-cu il təvəllüdlü N.N.-yə (adı, soyadı şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib.


Bundan başqa, o, 24 iyun 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixə kimi olan müddət ərzində həmin evdə yaşadığı vaxtda mütəmadi olaraq ayrı-ayrı günlərdə zərərçəkmişin razılığı ilə onunla cinsi əlaqədə olub.


Hadisədən sonra Uğur Qədirov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.


Abşeron Rayon Məhkəməsinin hökmü o, 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs dərhal məhkəmə zalından həbsə alınıb.


Qeyd: Uğur Qədirov həmin vaxt Abşeron rayonunda yerləşən orta məktəbin 11-ci sinfini bitirib, qız isə 9-cu sinfi bitirib. Onların arasında sevgi münasibətləri olub.
 

Kamal Məmmədov 

Tarix: 21 Avqust 2025, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin