BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobillə qadını vuraraq öldürən şəxsə 3 il həbs cəzası verildi

Xəzər Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Natiq Əbdülovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


İttihama görə, hadisə 30 mart 2025-ci il tarixdə, saat 22:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.


Belə ki, Natiq Əbdülov idarə etdiyi “VAZ-21102” markalı avtomobillə hərəkətdə olarkən yolu sağdan sola piyada keçən Xatirə Qasımovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə hadisə yerində ölüb.


Hadisədən sonra Natiq Əbdülov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.  

Kamal Məmmədov 

Tarix: 21 Avqust 2025, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin