BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan itkilərlə bağlı açıqlama yaydı

Azərbaycan Ordusunun sərhədin Tovuz rayonu istiqamətində həyata keçirdiyi cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin daha 10 hərbçisi yaralanıb.

 

Pravda.az xəbər verir ki, məlumatı “newsarmenia.am” agentliyi yayıb.

 

Beləliklə, Ermənistan silahlı qüvvələrinin yaralı hərbçilərinin sayı 20-yə çatıb.

 

Onlardan birinin vəziyyəti çox ağır qiymətləndirilir.

 

Qeyd edək ki, daha öncə Ermənistan Müdafiə Nazirliyi indiyədək 4 hərbçisini itirdiyini, 10 nəfərin isə yaralandığını açıqlamışdı.Report

Tarix: 16 İyul 2020, 10:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin