BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşaqlarla xaricə səyahət etmək istəyən ailələrin NƏZƏRİNƏ

Xaricə ailəvi səyahət planlayan valideynlər üçün uşaqların pasport və viza sənədlərinin qaydasında olması əsas şərtdir.


Pravda.az xatırladır ki, bəzi ölkələrdə xüsusi icazə sənədləri də tələb oluna bilər.


Səyahət zamanı uçuşların uşağın yuxu rejiminə uyğun seçilməsi, əl baqajında uşaq üçün lazım ola biləcək geyim, qida və oyuncaqların yerləşdirilməsi rahatlıq üçün tövsiyə olunur.


Mütəxəssislər uşağın sağlamlıq sənədlərinin surətlərini özünüzlə aparmağı, gündə ən çox 1-2 fəaliyyət planlamağı və səyahət boyu rutinlərə sadiq qalmağı məsləhət görürlər. Bununla yanaşı, oyun alanı olan məkanların seçilməsi və qələbəlik yerlərdə təhlükəsizliyin gücləndirilməsi vacibdir.


Uşaqlarla səyahətdə ən önəmli məqam yüksək gözləntilərdən uzaq durmaq və birlikdə keçirilən anlardan zövq almaqdır.


Əminə Bayramova 

Tarix: 21 Avqust 2025, 12:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin