BURADA REKLAMINIZ OLA
BİLƏR

İmmunitet sistemini gücləndirməyin yolları

Sağlam həyatın açarı güclü immunitetdən keçir.


Pravda.az bildirir ki, düzgün qidalanma, keyfiyyətli yuxu, müntəzəm idman, stressin idarə olunması və gigiyenaya diqqət immunitetin güclənməsində əsas rol oynayır.


C və D vitamini ilə zəngin qidalar, sink, omega-3 və antioksidantlar gündəlik menyuya əlavə edilməli, şəkərli və emal olunmuş qidalardan uzaq durulmalıdır. Yetkinlər üçün gündə 7-9 saat yuxu, həftədə ən azı 150 dəqiqə orta tempolu idman və gündəlik 2-3 litr su içmək tövsiyə olunur.


Stressin azaldılması, sosial fəaliyyətlər və meditasiya da immunitetə dəstək verir. Əllərin yuyulması, ağız və diş sağlamlığına diqqət və mütəmadi tibbi müayinələr isə xəstəliklərdən qorunmada mühüm amillərdir.


Əminə Bayramova 

Tarix: 21 Avqust 2025, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin