BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik: səbəblər və müalicə üsulları

Diqqət çatışmazlığı və hiperaktivlik uşaqlarda ən çox rast gəlinən psixoloji problemlərdən biridir.


Pravda.az bu problemlərin əsas əlamətlərini təqdim edir:


Həddindən artıq hərəkətlilik (yerində dura bilməmək, çox danışmaq, qaçmaq)


Diqqəti cəmləməkdə çətinlik, dərslərdə sıxılmaq, tez-tez unutqanlıq


Sıra gözləyə bilməmək, ani qərarlar vermək


Yayılma tezliyi: Məktəb yaşlı uşaqların 4–5 faizində görülür. Oğlanlarda daha çox rast gəlinir.


Səbəblər: Genetik meyllilik, doğuş zamanı zədələnmələr, beynin kimyəvi tarazlığındakı fərqliliklər, zərərli maddələrə məruz qalma və valideyn-uşaq münasibətlərindəki problemlər.


Müalicə yolları:


Dərman müalicəsi – diqqəti artırmaq və hərəkətliliyi azaltmaq məqsədi ilə tətbiq olunur.


Psixoterapiya – ailə və məktəblə əməkdaşlıq əsasında uşağın diqqətini və davranışlarını idarə etməsinə kömək edir.


Mütəxəssislərin tövsiyələri:


Ailədə qaydalar aydın və sabit olmalıdır.


Uşağın özünə güvənini artırmaq üçün idman və maraq dairələrinə yönləndirilməsi vacibdir.


Reallığa uyğun məqsədlər qoyulmalı, oyun cəza vasitəsi kimi istifadə edilməməlidir.


Psixoloqlar bildirir ki, uşağı olduğu kimi qəbul etmək və vaxtında müalicəyə başlamaq inkişaf prosesinə müsbət təsir göstərir.


Əminə Bayramova 

Tarix: 21 Avqust 2025, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin