BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşaqlarda və gənclərdə imtahan həyəcanı: valideynlər üçün tövsiyələr

İmtahanlar bəzən uşaqlarda və gənclərdə stress yarada bilər. Uğursuzluq qorxusu, yüksək gözləntilər və yanlış valideyn davranışları bu stressi artırır. İmtahan həyəcanı yaşayan uşaqlarda qorxu, narahatlıq, diqqət və konsentrasiya problemləri, unutqanlıq və fiziki gərginliklər müşahidə oluna bilər.


Valideynlər stressi idarə etməyə kömək etməli, uşaqların zamanını düzgün planlamasına dəstək olmalı, onların özünü dəyərli hiss etməsini təmin etməli və əziyyətini qiymətləndirməlidir. Həmçinin düzgün qidalanma və sosial fəaliyyətlər imtahan həyəcanını azaltmağa kömək edir.


Uşaqlara stresslə başa çıxma bacarıqlarını öyrətmək və keçmiş uğurlarını xatırlatmaq stressin idarə olunmasında əhəmiyyətlidir.


Əminə Bayramova 

Tarix: 22 Avqust 2025, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin