BURADA REKLAMINIZ OLA
BİLƏR

Sağlam formada çəki artırmağın yolları

Sağlam formada kökəlmək yalnız kalori qəbulunu artırmaqla deyil, eyni zamanda bədənə lazım olan qida dəyərlərini balanslı şəkildə qəbul etməklə mümkündür.


Pravda.az bildirir ki, sürətli metabolizm, qeyri-kafi qidalanma və ya müəyyən sağlamlıq problemləri səbəbilə çəki artıra bilməyən şəxslər üçün düzgün qidalanma, müntəzəm idman və yaşam tərzi dəyişiklikləri vacibdir.


Daimi və yüksək kalorili qidalanma, protein və sağlam yağlarla zəngin yeməklər, idmanla birlikdə əzələ kütləsinin artırılması, kifayət qədər yuxu və su qəbuluna diqqət etmək sağlam kilo almağın əsas yolları arasında göstərilir.

 

Mütəxəssislər həmçinin vurğulayır ki, qısa müddətdə sürətli çəki artımı sağlamlığa mənfi təsir göstərə bilər, buna görə proses tədricən və balanslı şəkildə həyata keçirilməlidir.


Əminə Bayramova 

Tarix: 22 Avqust 2025, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin