BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətəndaşlara özünü vəzifəli şəxs kimi göstərib dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında

Bakıda özünü hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etdiyi üçün Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılan Pərviz Bəbirovun barəsindəki qərardan verilən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.


Qeyd: Şirvan şəhər sakini Bəbirov Pərviz Əli oğlu hüquq-mühafizə orqanının geyim forması və hazırladığı saxta xidməti vəsiqədən istifadə etməklə ayrı-ayrı şəxsləri özünün dövlət orqanlarında yüksək vəzifə tutan şəxslərlə əlaqələrinin olmasına inandırıb. Vəzifəli şəxslərə rüşvət qismində verəcəyi adı ilə vətəndaşlardan torpaq sahəsinə çıxarış alınması, hüquq-mühafizə orqanına işə bərpa olunması üçün müxtəlif məbləğlərdə pul alıb. P.Bəbirov Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 178.3.2-ci (dələduzluq – külli miqdarda törədilməklə) maddəsi ilə ittiham olunub.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Bəbirov 11 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Ali Məhkəmədə şikayətə baxılarkən elan edilib ki, məhkumun ərizəsi məhkəmə kollegiyasına daxil olub. Həmin ərizədə məhkum göstərib ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür. Qərara əsasən, onun ərizəsi təmin olunub.

 

Kamal Məmmədov 





 

Tarix: 22 Avqust 2025, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin