BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşınla piyadanı vuraraq öldürən qaziyə şərti cəza verildi

Ağdam Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Uğur Mansurovun (adı, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


İttihama görə, hadisə bu il Borsunlu-Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində, “Əlillər” binasının qarşısında qeydə alınıb.


Belə ki, Uğur Mansurov etibarnamə ilə idarə etdiyi “Kia Optima” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu sağdan sola keçən piyada V.Əliyevi vuraraq öldürüb.


Hadisədən sonra Uğur Mansurov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmə iclasında təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadələrini təsdiq edib, əməlindən peşmand olduğunu, zərərçəkmiş tərəflə barışıq əldə olunduğunu, onlara bütün köməkliyini etdiyini bildirib.


O qeyd edib ki, 44 günlük Vətən müharibəsi və anti-terror əməliyyatlarının iştirakçısıdır, Vətən müharibəsi qazisidir.

Kamal Məmmədov 

Tarix: 22 Avqust 2025, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin