BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kişi ona nalayiq ifadələr işlədən 3 uşaq anasını döydü - HÖKM

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Nağıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 7 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.


İttihama görə, hadisə 15 mart 2025-ci il tarixdə, saat 00:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.


Belə ki, Akif Nağıyev yaşadıqları evin qonaq otağında qeyri-rəsmi həyat yoldaşı, zərərçəkmiş Günayə Səmədli (adı, soyadı şərtidir) ilə aralarında ailə-məişət zəminində mübahisə edib. Buna səbəb isə qadının ona nalayiq ifadələr işlətməsi olub. Bu zaman o, masanın üzərində olan televizor pultunu əlinə götürüb bir dəfə Günayənin baş nahiyəsindən vuraraq, ona yüngül zərər yetirib.


Hadisədən sonra Akif Nağıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Akif Nağıyev məhkəmədə ifadəsində bildirib ki, 25 il öncə zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ailə həyatı qurub, onların üç övladı var.

 

Kamal Məmmədov 

Tarix: 22 Avqust 2025, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin