BURADA REKLAMINIZ OLA
BİLƏR

Dermatoloqdan xəbərdarlıq: Günəş yanığına qarşı bu addımları atın

Yayda artan günəş şüaları və istilik dəridə quruluq, ləkə və erkən qocalmaya səbəb ola bilər.


Pravda.az sağlam dəri üçün lazım olanları təqdim edir:


Nələrə diqqət edilməlidir?


Günəşdən qorunma: Ən az SPF 30 qoruyucu krem istifadə edin, hər 2-3 saatdan bir təkrarlayın.
 

Günəşə məhdud çıxış: 10:00–16:00 arasında birbaşa günəş altında qalmayın, şapka və eynəkdən istifadə edin.


Nəmləndirmə: Gündəlik 2 litr su için, duşdan sonra su tərkibli nəmləndirici istifadə edin.


Ləkələrin qarşısı: Ləkəyə meyilli dərilər üçün SPF 50+ və antioksidant serumlar faydalıdır.
 

Qidalanma: Rəngli tərəvəzlər, meyvələr və Omega-3 ilə zəngin qidalar dərini qoruyur.
 

Hovuz və dənizdən sonra: Duz və xlor dərini qurudur, buna görə üzdükdən sonra durulanmaq və nəmləndirici çəkmək vacibdir.
 

Qeyd: Günəşdən düzgün qorunmaq həm estetik, həm də ümumi sağlamlıq üçün uzunmüddətli fayda gətirir.


Əminə Bayramova 

Tarix: 25 Avqust 2025, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin