BURADA REKLAMINIZ OLA
BİLƏR

Dondurma sevənlərə xəbərdarlıq: Kristallaşmış dondurma sağlamlığa zərər verə bilər

Yay aylarında istehlakı artan dondurma, düzgün saxlanmadıqda kristallaşa və sağlamlıq üçün təhlükə yarada bilər. Qida mütəxəssisləri xəbərdarlıq edir ki, kristallaşmış dondurmanı yemək olmaz.


Pravda.az bildirir ki, bu, dondurmanın əvvəlcə əridiyini, sonra yenidən dondurulduğunu göstərir və mikroorqanizmlərin çoxalmasına şərait yaradır.


Nə baş verə bilər?


Kristallaşmış dondurma istehlakı ishal, halsızlıq, qusma və hərarət artımı kimi sağlamlıq problemlərinə səbəb ola bilər.


Mütəxəssislərin tövsiyələri


Dondurma mütləq -18 dərəcədə saxlanmalıdır.


Qutulu dondurmaların son istifadə tarixinə diqqət edilməlidir.


Açıqda satılan dondurmalardan uzaq durulmalıdır.


Dondurmanı yeyərkən dadında “qumlu” və ya “şüşə kimi” hiss varsa, istehlak edilməməlidir.
 

Mütəxəssislər bildirir ki, dondurmanın düzgün saxlanması həm dadı, həm də sağlamlıq baxımından olduqca vacibdir.


Əminə Bayramova 

Tarix: 25 Avqust 2025, 13:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin