BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını akkumulyatora görə döyən şəxsə hökm oxundu

Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Eldəniz Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 5 ay 26 gün müddətinə islah işləri cəzası təyin edilib.


İttihama görə, hadisə 26 oktyabr 2024-cü il tarixdə, saat 17:45 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.


Belə ki, Eldəniz Məmmədov tanışı, zərərçəkmiş Rafiq Əjrədovla (soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin yeddi ay əvvəl ondan aldığı avtomobil akkumulyatorunu geri qaytarmaması və telefonda onu təhqir etməsi olub. Mübahisə zamanı Eldəniz zərərçəkmiş şəxsin sifət nahiyəsindən əlləri ilə ani olaraq bir neçə dəfə zərbə vurub və onu zorla dartıb avtomobildən yerə düşürüb.


Hadisədən sonra Eldəniz Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 

Kamal Məmmədov 

Tarix: 25 Avqust 2025, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin