BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafedə keçmiş məhbus həyatından danışdı, bakalı qonşusunun başında sındırdı - HÖKM

Göyçay Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elçin Qulamovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gülnaz Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclası zalında dərhal həbs olunub.


İttihama görə, hadisə 2024-cü ildə Göyçay şəhərində yerləşən yeməkxanada qeydə alınıb.


Belə ki, sərxoş vəziyyətdə olan Elçin Qulamov onunla eyni masada spirtli içki qəbul edən qonşusu, zərərçəkmiş Hafis Məcidovun (soyadı şərtidir) yanında keçmiş məhbus həyatından söhbət edib. Bu zaman zərərçəkmiş ona irad bildirib və bu səbəbdən onların arasında mübahisə yaranıb. Sonra Elçin Hafisi kafedə işləyən şəxsin yanında bir neçə dəfə söyüb-təhqir edib, əlindəki pivə şüşəsini iki dəfə zərərçəkmişin baş nahiyəsinə vuraraq sındırıb. Daha sonra o, əlindəki şüşə pivə şüşəsinin sınmış hissəsi ilə bir neçə dəfə Hafisin sol ayağına və başının sol tərəfinə vuraraq ona xəsarət yetirib.

Kamal Məmmədov 

Tarix: 25 Avqust 2025, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin