BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə atasını öldürənin oğlunu avtobusda bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Orxan Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, hadisə 25 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Biləsuvar rayonu, Aranlı kəndi ərazisində marşrut xətti üzrə hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun salonunda qeydə alınıb.


Belə ki, Orxan Abdullayev mikroavtobusun salonunda zərərçəkmiş Vadər Həmidovu görüb. Təqsirləndirilən şəxs zərərçəkmişin atası Cavid Həmidovun onun atası Əsgər Abdullayevi 2023-cü il tarixdə öldürməsini bəhanə edib. O, Vadərin ünvanına nalayiq sözlər deyib, üzərində olan bıçaqla zərərçəkmişin döş qəfəsinin sol yan nahiyəsinə və sol qol nahiyəsinə vuraraq xəsarətlər yetirib.


Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 


Tarix: 25 Avqust 2025, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin