BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nevvay" şirkətinin rəhbərinə qarşı dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Xətai Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Zamiq Bəkirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Zamiq Bəkirov dərhal məhkəmə iclas zalından azad olunub.
 

İttihama görə, əvvəllər kamera quraşdırılması və işıq sistemlərinin yığılması işləri ilə məşğul olurmuş Zamiq Bəkirov icarəyə götürdüyü “Chevrolet Cruize” markalı avtomobilin sahibinə yaranmış borcunu ödəmək niyyəti ilə zərərçəkmiş Alı Quliyevə (adı, şərtidir) sonuncunun təsisçisi olduğu “Jalə Plaza”nın ofisində yerləşən “Nevvay" MMC -də video müşahidə kameraları quraşdıracağı barədə yalan vəd verib.


Belə ki, o, bu məqsədlə 18 oktyabr 2024-cü ildə avtomobilin icarə haqqına görə yaranmış borcun əvəzinə köçürmə yolu ilə zərərçəkmiş şəxsdən 630 manat pulu alaraq dələduzluq edib.


Qeyd: Alı Quliyev “Nevvay" MMC-nin 2021-ci ildən təsisçisidir. Həmin şirkətdə ingilis dili üzrə kurslar keçirilir. MMC-nin Bakı şəhərində bir neçə ünvanında filialı mövcuddur.


Kamal Məmmədov 

Tarix: 25 Avqust 2025, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin