BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda arvadını döyən kişi məsuliyyətindən azad edildi

Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İntiqam Vəliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


İttihama görə, hadisə bu il Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.


Belə ki, İntiqam Vəliyev yaşadıqları evdə həyat yoldaşı, zərərçəkmiş Zəminə Vəliyeva (adı, soyadı şərtidir) ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, yumruqla qadının sifət nahiyəsindən bir dəfə, təpiklə isə sol ayaq nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq onun sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib.


Hadisədən sonra Sakit Əlizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, əri ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirib. 

Kamal Məmmədov 

Tarix: 25 Avqust 2025, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin