BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat “Sədərək”dəki yanğından danışdı: “Ticarət mərkəzinin rəhbəri ilə əlaqə saxlamışam...”

37 saylı Qaradağ seçki dairəsinin deputatı Aydın Hüseynzadə “Sədərək” ticarət mərkəzi ərazisindəki “Supertoys” MMC-yə məxsus anbarda baş verən dəhşətli yanğının təxribat nəticəsində törədilməsi barədə məlumatlara münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, məsələ araşdırılır.

 

“Məzuniyyətdə olduğum üçün Bakıda deyiləm. Buna görə də yanğınla bağlı hadisə yerində ola bilməmişəm. Hadisə barədə məlumat əldə etdiyim andan etibarən “Sədərək” ticarət mərkəzinin rəhbərliyi ilə əlaqə saxlamışam, vəziyyətlə bağlı situasiyanı öyrənmişəm. Bu gün də səhər tezdən əlaqə saxlamışam. Məsələ araşdırılacaq. Yanğının hansı səbəbdən baş verdiyi məlum olacaq”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 25 Avqust 2025, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin