BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdərədə 4 nəfərin ölümündə günahlandırılan sürücü məhkəmə zalından həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən İlkin Zülfüqarovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və dərhal məhkəmə iclas zalından həbsə alınıb.


İttihama görə, hadisə 30 noyabr 2024-cü il tarixdə, saat 18 radələrində Tərtər-Suqovuşan avtomobil yolunun Ağdərə rayonunun Çaylı kəndi ərazisindən keçən asfalt yolda qeydə alınıb.


Belə ki, İlkin Zülfüqarov idarə etdiyi “Nissan Tida” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxararaq yolun sağ tərəfində yerləşən dərəyə aşıb. Hadisə zamanı Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu aldıqları xəsarətdən hadisə yerində ölüblər.

 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Zülfüqarov İlkin Qurban oğlu isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra o, cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 27 Avqust 2025, 08:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin