BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşaqları ağcaqanad sancmalarından qorumağın yolları

Yay aylarında ağcaqanadlar uşaqlar üçün ən çox rast gəlinən narahatlıqlardan biridir. Onların sancması qızartı, şişlik və qaşınmaya səbəb olur, bəzi hallarda isə skeeter sindromu deyilən allergik reaksiyalar yarana bilər. Bu zaman sancı nahiyəsində güclü şiş, qızarma, ağrı və bəzən hərarət müşahidə olunur. Belə əlamətlər varsa, həkimə müraciət edilməlidir.


Pravda.az ağcaqanad sancmasına qarşı sadə üsulları təqdim edir:


Şişkinliyi azaltmaq üçün soyuq kompres

Uşaqlar üçün uyğun kalamin losyonu və ya krem

Həkim nəzarətində antihistaminik dərmanlar

Aloe vera jeli, yulaf vannası və soda məhlulu


Qorunma yolları:


Axşam və səhər saatlarında uzunqol, açıq rəngli paltar

Uşaqlar üçün təhlükəsiz ağcaqanadqovucu spreylər

Torlu pəncərə və beşiklər

Yuxu tülü və xüsusi ağcaqanad torları


Mütəxəssislər bildirirlər ki, ağcaqanad sancmalarına qarşı tədbir görmək uşaqların yay aylarını daha rahat və təhlükəsiz keçirməsinə kömək edir. Şiddətli allergik əlamətlərdə isə vaxt itirmədən həkimə müraciət olunmalıdır.


Əminə Bayramova 

Tarix: 27 Avqust 2025, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin