BURADA REKLAMINIZ OLA
BİLƏR

Prokuror mağazada aksiz markasız siqaret satan sahibkarın hökmündən narazıdır

Gəncə Apellyasiya Məhkəməsində aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satmada təqsirləndirilən Taryel İslamovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.


İttihama görə, Taryel İslamov istintaqa məlum olmayan tarixlərdə və mənbədən əldə etdiyi aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmalı olan, lakin belə nişanlama ilə nişanlanmamış 569,50 manat dəyərində 215 qutu sayda tütün məmulatlarını əldə edib. Sonra o, sahibkarlıq fəaliyyəti göstərdiyi Gədəbəy rayonu, Plankənd kəndində yerləşən ərzaq mağazasında 2024-cü il tarixədək satış məqsədi ilə saxlayıb.


Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Taryel İslamova aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla ona 1 il müddətə islah işləri cəzasının təyin edilib.


Kamal Məmmədov 

Tarix: 28 Avqust 2025, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin