“Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Azərbaycan Prezidenti cənab Prezident İlham Əliyevin "Əl-Ərabiya" televiziyasına verdiyi müsahibəsi zamanı səsləndirdiyi fikirləri şərh edib, yenə tamamilə sərsəm və yanlış mövqe ortaya qoyaraq Rusiyanı müdafiə etməyə çalışıb. Zatulin anlamalıdır ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin məhz Rusiyada vurulduğu artıq xarici ekspertlər tərəfindən sübut olunub. Çox təəssüf ki, Rusiyanın birbaşa təzyiqi ilə tədqiqatın yekunlarına dair hesabat hələ də açıqlanmır. Çünki reallıq Rusiyanın işinə yaramır, proses ləngidilir. Rusiya tərəfi özündə cəsarət taparaq baş vermiş hadisəni üzərinə götürməkdən boyun qaçırır, kompensasiya vermək istəmir. Cənab Prezident müsahibəsində qeyd etdi ki, rus helikopteri xəta nəticəsində vurulduğu zaman Azərbaycan tərəfi həm helikopterə görə, həm də həlak olmuş pilotların ailələrinə üzrxahlıq bildirib, kompensasiya ödəyib. Rusiya isə bunu etmir və etməkdən boyun qaçırır. Nəticə etibarilə, bu, Azərbaycan və Rusiya arasında olan dialoq mühitinin soyumasına gətirib çıxardı”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Zatulin məsələni əksinə şərh edir və belə bir faktın olmadığını söyləyir. Hətta Azərbaycanın helikopter qəzasına dair hər hansı üzrxahlıq etməsini, kompensasiya ödəməsini də xatırlamadığını bildirir. Bununla yanaşı, Zatulin Rusiyanın Azərbaycana lazım olmadığı, Azərbaycanın işinə yaramadığı üçün Azərbaycanın mövqeyinin dəyişməsi faktını sübut etməyə çalışır. Hərçənd ki Azərbaycan öz qonşuları ilə münasibətlərin qurulmasında maraqlıdır. Təyyarə qəzasından sonra məhz azərbaycanlılara qarşı Rusiyada çox qərəzli mövqeyin sərgilənməsi, 20 il bundan öncə hansısa cinayət işində şübhəli şəxs qismində azərbaycanlıların həbs edilərək onlara qarşı qəddarlıqla davranılması, iki nəfərin döyülərək öldürülməsi də Azərbaycan-Rusiya münasibətlərində soyuqluğun artmasına gətirib çıxardı. Rusiya siyasi rəhbərliyi proseslərin bu qədər dərinləşməsinə və eybəcər şəkil almasına imkan verməməli idi. Hətta azərbaycanlılar tərəfindən belə bir cinayət törədilmişdisə, bunu normal, sivil şəkildə araşdırmaq və cinayət sübut olunacağı təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş şəkildə cəzalandırıla bilərdilər. Ancaq onların döyülüb-öldürülmələri, sonradan azərbaycanlılara qarşı təqiblərin davam etdirilməsi, Rusiyadan çıxarılmaları üçün sərt münasibət sərgilənməsi heç bir qaydaya sığmır. Bu, dost olan ölkələr arasında olmamalı idi”, - deputat bildirib.
N.Həmzəyev qeyd edib ki, Zatulin İsrailin Azərbaycanın strateji partnyoru olduğunu deyir və İran-Azərbaycan münasibətlərindəki gərginliyi tətikləmək istəyir: “Zatulin anlamalıdır ki, Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaqda maraqlıdır və bunu edir. Azərbaycan İsraillə münasibətləri yüksək səviyyədə olsa da, qonşusu İranla da münasibətlərini normallaşdırmaq, hətta yaxşılaşdırmaq üçün lazımi addımları atıb. Biz bunu İran Prezidentinin Azərbaycana baş tutan səfərlərində görmüşük. İran rəsmiləri tərəfindən Azərbaycana qarşı artıq müsbətə doğru addımlar atıldığı sezilir. İstəyirik ki, münasibətlərimiz yaxşı səviyyədə olsun. İran da anlayır ki, hər hansı dövlətlə yaxşı münasibətlərimiz zərrə qədər İrana qarşı yönəldilməyib. Sonuncu İran-İsrail müharibəsi zamanı da Azərbaycanın öz hava məkanını hərbi məqsədlər üçün bağlaması deməyə imkan verir ki, Azərbaycan qonşusu İranla da münasibətlərin normal olmasında maraqlıdır. Bir sözlə, Zatulin Rusiyanın ayıbını ört-basdır etmək üçün müxtəlif bəhanələr gətirir. Azərbaycan-Ermənistan arasında münasibətlərin yaxsılaşması və Amerikanın oynadığı rolu paxıllıqla qeyd edir, Zəngəzur dəhlizinin açılmasınn Türkiyə və Azərbaycanın maraqlarına xidmət etdiyini vurğulayır. Bu fakt həqiqətdir, Azərbaycan və Türkiyənin maraqlarına uyğundur. Ancaq Zatulin özündə cəsarət tapıb qeyd edə bilmir ki, bu fakt eyni zamanda region dövlətlərinin maraq və məqsədlərinə uyğundur. Necə ki Rusiya hazırda Ermənistanda istənməyən ölkə vəziyyətinə gəlib çıxıb. Bunun əsas səbəbi Rusiya və onun həyata keçirdiyi siyasət olub. Rusiya öz səhvini etiraf etməsə, Azərbaycana qarşı münasibətlərdə yumşalmaya getməsə, Azərbaycanı bərabərhüquqlu tərəf qismində görməsə, Azərbaycanda da Rusiyaya qarşı münasibət dəyişə bilər və hətta dəyişməkdədir. Azərbaycanın Ukrayna ilə olan münasibətlərini də Rusiya ilə münasibətlərinin pisləşməsi ilə əlaqələndirmək olmaz. İlk gündən Azərbaycan Ukraynın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və bunu bütün beynəlxalq platformalarda rəsmi şəkildə dilə gətirir. Rusiya ilə qonşuluq və müttəfiqlik münasibətlərimiz yaxşı olan dövrdə də Azərbaycan Ukraynaya humanitar yardımlar göstərməyə davam edirdi. Rusiyanın "SOCAR"a məxsus Ukraynada yerləşən yanacaqdoldurma məntəqəsini vurması necə qiymətləndirilməlidir? Zatulin niyə bunu qeyd etmir? Bu qədər təsadüf ola bilərmi? Zatulin desin ki, niyə Azərbaycana məxsus olan neft şirkətinə ziyan vururuq, Azərbaycan qazının Ukraynaya ötürülməsinin qarşısını almağa çalışırıq? Buradan Rusiyanın xisləti, Zatulin kimilərin yanaşması ortaya çıxmaqdadır. Azərbaycan bərabərhüquqlu münasibətləri davam etdirməkdə özündə cəsarət tapmayan, hələ də Azərbaycana 1920-ci ildə işğal etdiyi bir ölkənin ərazisi olaraq baxmaq istəyən ölkə ilə müasibətləri yüksək səviyyədə saxlamağı istəməyə bilər. Çünki səbəbkar qarşı tərəfdir. İstənilən halda ümid edirik ki, Rusiya siyasi rəhbərliyi özündə cəsarət tapacaq, səhvlərini etiraf edəcək, Azərbaycanı bərabərhüquqlu tərəf olaraq görəcək, azərbaycanlılara qarşı təqibləri dayandıracaq”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin