BURADA REKLAMINIZ OLA
BİLƏR

Sağlam dəri üçün bu bədən qulluğu addımlarına diqqət yetirin

Dərinizin matlaşıb parlaqlığını itirməməsi üçün düzgün bədən baxımı vacibdir. Xüsusilə qış aylarında dəri daha çox nəmlənməyə ehtiyac duyur.

 

Pravda.az bildirir ki, sağlam və parlaq dəri üçün bu 4 addımı diqqətdə saxlayın:

 

Bədən fırçalama – Hər gün quru dərini təbii lifli fırça ilə fırçalayın. Bu, qan dövranını sürətləndirir və dərinin öz yağını istehsal etməsinə kömək edir. Ancaq sinə və boyun kimi həssas nahiyələrə toxunmayın.

 

Kisələyin – Bədəndəki ölü dəridən azad olmaq üçün isti su ilə kisələnin. Xüsusilə topuq, diz və dirsəklərə diqqət göstərin.

 

Soyuq duş – Əvvəl isti, sonra soyuq su ilə duş alın. Bu, qan dövranını artırır və dərini canlandırır.

 

Nəmləndirmə – Bədən fırçalandıqdan və kisə edildikdən sonra dəridəki təbii yağlar itir. Bunu bərpa etmək üçün duşdan sonra vücudunuzu mütləq nəmləndirin. İstəyirsinizsə, nəmləndiricini duş zamanı islanmış dərinizə tətbiq edib yuyaraq da istifadə edə bilərsiniz.

 

Bu sadə addımlarla dəriniz daha sağlam və parlaq görünəcək.

 

Əminə Bayramova

Tarix: 28 Avqust 2025, 16:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin