BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə xəstəxana mühafizəçisinin öldüyü qəza ilə bağlı qərar çıxardı

Sumqayıt Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Daşqın Bədirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 07 iyun 2023-cü il tarixdə Quba şəhəri ərazisində qeydə alınıb.


Belə ki, “VAZ 2106” və “Opel” markalı maşınlar toqquşub. Nəticədə Elnur Kəlbiyev hadisə yerində ölüb.


Hadisədən sonra maşınlardan birinin sürücüsü Daşqın Bədirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Quba Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Məlumata görə, Elnur Kəlbiyev Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçisi olub.

Kamal Məmmədov 

Tarix: 29 Avqust 2025, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin