BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda keçmiş arvadını öldürmək istəyən İran vətəndaşı ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla adam öldürməyə cəhddə təqsirləndirilən Mehdi Tabarakinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, ötən ilin aprelində Bakının Nərimanov rayonunda Mehdi Tabaraki keçmiş həyat yoldaşını avtomobildə bıçaqla öldürməyə cəhd edib. Qadın övladının atası ilə görüşünə icazə vermədiyi üçün Mehdi Tabaraki bu addımı atıb.


Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehdi Tabaraki 14 il müddətinə azadlıdan məhrum edilib.


Kamal Məmmədov 

Tarix: 29 Avqust 2025, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin