BURADA REKLAMINIZ OLA
BİLƏR

Hiperaktiv insanlar iş həyatında daha uğurlu ola bilirlər

Diqqət əskikliyi və hiperaktivlik pozuntusu uşaqlıqdan başlayan və böyüklükdə də davam edən problemdir.


Pravda.az bildirir ki, bu vəziyyət depressiya, narahatlıq və asılılıqlarla yanaşı görünsə də, iş həyatında bəzi üstünlüklər də təmin edə bilər.


Mütəxəssislərin araşdırmalarına əsasən, belə şəxslərdə impulsivlik, yenilik axtarışı və həddindən artıq enerjili olmaq kimi xüsusiyyətlər onların təşəbbüskar və risk alan bir liderə çevrilməsinə kömək edir. Sürətli qərar vermək, çətin vəziyyətlərdə həyəcanlanmadan hərəkət etmək və yeni təcrübələrə açıq olmaq da bu şəxslərin iş həyatında uğurlu olmalarını təmin edir.


Bununla belə, bu şəxslər rutin və diqqət tələb edən işlərdə çətinlik çəkə bilirlər. Amma maraq duyduqları sahədə həddindən artıq fokuslanma qabiliyyəti onlara rəqabətdə üstünlük qazandırır.


Mütəxəssislər qeyd edir ki, hiperaktiv şəxslər enerjilərini düzgün istiqamətləndirdikdə iş yükündən az təsirlənir və daha yaradıcı nəticələr əldə edə bilirlər. Bu səbəbdən hiperaktivlik bəzi hallarda iş dünyasında ciddi bir üstünlüyə çevrilə bilər.


Əminə Bayramova 

Tarix: 29 Avqust 2025, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin