BURADA REKLAMINIZ OLA
BİLƏR

Dərinin qurumasının səbəbləri və qarşısını alma yolları

Quru dəri xüsusilə qış mövsümündə soyuq və küləkli havanın təsiri, kifayət qədər su qəbul etməmək və genetik amillərlə bağlı olaraq daha çox müşahidə edilir.


Pravda.az bildirir ki, dərini vaxtında qorumaq və düzgün qulluq etməklə həm erkən qırışların, həm də yaşlanmanın qarşısını almaq mümkündür.
 

Quru dəriyə sahib olanların əsasən 4 qaydaya diqqət etməsi vacibdir:


Dərini düzgün təmizləmək – makiyaj qalıqları dərinin nəfəs almasını əngəlləyərək quruluğa səbəb olur.

Güclü nəmləndiricilərdən istifadə – qalıcı təsir göstərən və soyuqda dərinin ehtiyacını ödəyən məhsullar seçilməlidir.

Ölü hüceyrələri təmizləmək – yumşaq peelinglə dərinin üst qatındakı ölü təbəqə aradan qaldırılmalıdır.

Nəmləndirici maskalar tətbiq etmək – qısa müddətdə dərini canlandıran maskalar quruluğu azaldır.


Mütəxəssislər həmçinin bol su içməyi, otaqları nəmli saxlamağı və yatmazdan əvvəl güclü nəmləndirici krem çəkməyi tövsiyə edir. Yaxşı nəmlənmiş dəri hər zaman daha sağlam, gənc və parlaq görünür.


Əminə Bayramova 

Tarix: 29 Avqust 2025, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin